Edit Piafın doğum günündən düz 100 il ötür

Edit Piafın doğum günündən düz 100 il ötür
13:52 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 19-da fransız müğənni Edit Piafın doğum günündən düz 100 il ötür,
Bu barədə "Report" xəbər verir. 
Əsl adı Edit Covanna Qassion olan Edit Piaf 1915-ci il dekabrın 19-da Parisdə anadan olub.
1935-ci ildə onu impressario Lui Leple kəşf edib və öz kafesində çıxış etməyə dəvət edib. 
Bir müddət sonra Edit Piaf onun karyerasında böyük rol oynamış şair Raymon Asso ilə tanış olub.
Asso "Piaf üslubunu" yaradıb, yalnız ona uyğun olan mahnılar yazıb və onu Edit Piaf adı ilə çıxış etməyi razı salıb. 
Müğənninin son çıxışı 1963-cü il mart ayının 31-də baş tutub. 
Edit Piaf 1963-cü il oktyabr ayının 10-da 47 yaşında dünyasını dəyişib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/edit-piafin-dogum-gununden-duz-100-il-otur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR