Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Valentin Qranatkin adına xatirə turnirinin təqvimi müəyyənləşib

Valentin Qranatkin adına xatirə turnirinin təqvimi müəyyənləşib

Date: 19 December 2015 14:03


Bakı, 19 dekabr, AZƏRTAC
2016-cı il yanvarın 2-dən 13-dək Sankt-Peterburq şəhərində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin təqvimi müəyyənləşib. On dörd komandanın iştirakı ilə keçiriləcək turnirdə yer alan Azərbaycan yığmasının təqvimi aşağıdakı kimidir.
Yanvarın 4-də saat 15:15-də, Azərbaycan – Latviya, 6-da saat 17:30, Azərbaycan – Bolqarıstan, 8-də saat 20:00-da, Sloveniya – Azərbaycan görüşləri keçiriləcək. Yanvarın 11-də turnirin 13-cü, 11-ci, 9-cu yerlər uğrunda oyunları və yarımfinal görüşləri baş tutacaq. Yanvarın 12-də 7-ci, 5-ci, 3-cü yer uğrunda və final görüşləri oynanılacaq.
Qeyd edək ki, Sankt-Peterburq şəhərindəki “Peterburqski” İdman-Konsert Kompleksində və “Zenit” İdman Oyunları Sarayında keçiriləcək qarşılaşmaların başlama saatları Bakı vaxtı ilə göstərilib.
 

Tags:  Valentin Qranatkin adına xatirə turnirinin təqvimi müəyyənləşib


RƏYLƏR


Top news