Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azarkeşlərdən yumurtalı etiraz

Azarkeşlərdən yumurtalı etiraz

Date: 19 December 2015 14:05

"Roma"nın son vaxtlar göstərdiyi zəif çıxış klubun azarkeşlərini də özündən çıxarıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son həftələrdə A seriyasında istədiyi kimi çıxış edə bilməyən "Roma"nın İtaliya Kubokunun 1/8 final mərhələsi oyununda "Spesiya"ya məğlub olması azarkeşlərin səbrini daşırıb.

Bir müddət əvvəl "Canavarlar"ın məşqinə yerkökü ilə gələn azarkeşlər bu dəfə də etirazlarını yumurta ilə bildiriblər. Romada yerləşən restoranların birində kollektiv şəkildə Yeni il yeməyi yeyən futbolçular əvvəlcə fanatlar tərəfindən fitə basılıblar. Daha sonra isə bir qrup komandanın avtobusunu yumurta atəşinə tutub.

Milli.Az


Tags:  Azarkeşlərdən yumurtalı etiraz

RƏYLƏR


Top news