​Efiopiyada etiraz aksiyası nəticəsində 75 nəfər öldürülüb

​Efiopiyada etiraz aksiyası nəticəsində 75 nəfər öldürülüb
14:07 19 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirlən etiraz aksiyasında nümayişçilərlə polis arasında baş verən toqquşma nəticəsində 75 mitinq iştirakcısı ölüb.
"Report" "France press"ə istinadən xəbər verir ki, bu haqda "Human Rights Watch" beynəlxalq hüquq müdafiəsi təşkilatı məlumat yayıb.
Məlumata görə, hökumət ölkə paytaxtında yeni rayon inşa etmək məqsədi ilə sakinlərin torpaqlarını əllərindən alıb. Bu isə sakinlərin etiraz aksiyası keçirməsinə səbəb olub.
Əsgərlər və polis əməkdaşlarının etirazçılara açdığı atəş nəticəsində 75 aksiya iştirakçısı ölüb.
Rəsmi məlumatda isə nümayişdə ölənlərin 5 nəfər olduğu bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efiopiyada-etiraz-aksiyasi-neticesinde-75-nefer-oldurulu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR