Ölümü hələ də müəmmalı qalan xalq artistimiz - VİDEO

Ölümü hələ də müəmmalı qalan xalq artistimiz - VİDEO
14:12 19 Dekabr 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın xalq artisti, mərhum aktrisa Gülşən Qurbanovanın doğum günüdür.

Milli.Az axar.az-a istinadən xatırladır ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakı şəhərində anadan olub. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 16 fevral 1979-cu ildən 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

"Ad günü", "Evləri köndələn yar", "Pərilərə inanmayın", "Bayquş gələndə" kimi filmlərdə yaddaqalan obrazlar yaradan aktrisa həm də aparıcı kimi tanınırdı. Uzun müddət ANS TV-də "Qaynar qazan" verilişinə aparıcılıq edən Gülşən Qurbanova bu layihə ilə daha da məşhurlaşmışdı.

Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirərək 56 yaşında vəfat edib.

Hər zaman "Gülüş - mənim müdafiə reaksiyamdır" deyən aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də o, iş yoldaşlarına və yaxınlarına həmişə deyərdi: "Əgər ölsəm, məni bir-iki gün saxlayın, sonra basdırın. Ola bilər ki, dirilim".

Elə bu sözlərinə görə ölümündən sonra onun diri-diri basdırılması haqda şayiələr yayıldı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/391551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR