Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərpoçt"un 18 əməkdaşı işdən qovuldu

"Azərpoçt"un 18 əməkdaşı işdən qovuldu

Date: 19 December 2015 14:17

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir.

Son bir həftə ərzində nazirliyə məxsus "Azərpoçt" MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib. Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.
Milli.Az APA-ya istinadən bildirir ki, eyni zamanda nazirliyin "Rabitə dünyası" qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib.

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi struktur islahatların aparılması ilə kollektivin daha da mobilləşdirilməsi və izafi xərclərin azaldılması istiqamətində işlər aparır.
 

Milli.Az


Tags:  Azərpoçtun 18 əməkdaşı işdən qovuldu


RƏYLƏR


Top news