Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"in "qızıl oğlanı"

"Mançester Yunayted"in "qızıl  oğlanı"

Date: 19 December 2015 14:17

"Mançester Yunayted"in hücumçusu Antoni Martial 2015-ci ilin yekunlarına görə "Golden Boy" ("Qızıl oğlan") mükafatına layiq görülüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu ümumi səslərin sayına görə Ruben Neveş (Porto), Kinqsli Koman ("Bayern Münhen"), Ekstor Bellerin (Arsenal) və Munir əl-Haddadini (Barselona) geridə qoyub. Marsial bu mükafata sahib çıxan 3-cü "Mançester Yunayted"li futbolçudur. Daha öncə Ueyn Runi (2004) və Anderson (2008) analoji uğura imza atmışdılar.

Qeyd edək ki, bu mükafat 2003-cü ildə İtaliyanın "Tuttosport" nəşri tərəfindən təsis olunub. Bu nominasiyaya Avropanın aparıcı çempionatlarında çıxış edən 21 yaşından aşağı futbolçular daxil edilirlər. Ötən il "Golden Boy" mükafatına Rahim Sterlinq sahib çıxmışdı.

Milli.Az


Tags:  Mançester Yunaytedin qızıl oğlanı

RƏYLƏR


Top news