Arif Daşdəmirov: "Çempion olmaq istəyiriksə..."

Arif Daşdəmirov: "Çempion olmaq istəyiriksə..."
14:22 19 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Arif Quliyev aktyorlardan danışdı (15 İyun 2017 12:48)

“Avropa Liqasında mövsüm çox ugurlu oldu. “Qəbələ”nin qrupa düsməsi böyük nailiyytdir. Bunun təsadüfi olmadıgını əsas mərhələdə sübut etməyə çalısdıq. Komandamızın qrup istirakçısı olması təsnifat mərhələsində göstərdiyi əzmkar oyununun nəticəsi idi”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ İK” qəzetinə klubun müdafiəçisi Arif Daşdəmirov deyib. 

Təcrübəli futbolçu Avropa Liqasının 2015/16 mövsümündə çıxışını başa vuran komandanın çıxışını dəyərləndirib. Arifin fikrincə, əksər oyunlarda yaxşı təsir bağışlayan "Qəbələ" qrup mərhələsində daha çox xal toplaya bilərdi. O, hər matçda meydana 3 xal qazanmaq üçün çıxdıqlarını deyir: “Təəssüf ki, qrupdan növbəti mərhələyə çıxa bilmədik. Ancaq rəqiblərimizin güclü olduğunu, növbəti mərhələyə adlamağın asan olmadığını unutmamalıyıq. Rəqibdən asılı olmayaq qalibiyyət istəyimiz böyük idi. Azərbaycan xalqını qrup mərhələsində də sevindirmək istəyirdik. PAOK-la hər iki matçda buna yaxın idik. “Krasnodar”la səfər matçında daha yaxşı oynadıq, hətta 3 qol vurduq. Lakin baş hakim qollardan 2-ni saymadı.“Borussiya”ya və “Krasnodar”la cavab matçında böyük hesabla uduzsaq da, zəif təsir bağışlamadıq. Qol şanslarımız da oldu, sadəcə, istifadə edə bilmədik”.

Daşdəmirov futbolda idman xoşbəxtliyini vacib amil hesab edir və bir çox oyunlarda bəxtlərinin gətirmədiyinə görə üzülür: “Borussiya”yla Bakıdakı oyunu xüsusi qeyd edərdim. Belə güclü rəqiblə matçda ilk 20 dəqiqədə 3 real qol imkanımız oldu, istifadə edə bilmədik. Yoxsa, nəticə başqa cür ola bilərdi. PAOK həmin “Borussiya”ya səfərdə daha çox bəxtin sayəsində qalib gəldi. Oyunun statistikasına baxsaq görərik ki, yunanlar “çərçivə”yə cəmi 1 zərbə vurub, o da qol olub. Ancaq “Borussiya” 10 zərbənin qarşılığında qol sevinci yaşaya bilməyib. Top 2-3 dəfə dirəyə dəyib, PAOK-un qapısına daxil olmayıb. Yəni həmin gün idman xoşbəxtliyi qonaqların tərəfində olub”.

Arif “Qəbələ”nin Avropa Liqasında keçirdiyi 14 oyunun hamısında meydanda olan 4 futbolçusundan biridir. Digər 3 nəfərin - Aleksey Qay, Sergey Zenyov və Aleksey Antonovun legioner olduğunu nəzərə alsaq, Daşdəmirov ən çox oyun keçirən yerli futbolçudur. Daşdəmirov bunu özü üçün qürurverici göstərici sayır: “Çox xoşbəxtəm ki, qrup mərhələsinin iştirakçısı oldum. Bu, futbolçu kimi böyük arzum idi və buna “Qəbələ”də çatdım. Uğurlu çıxışımızla həm klub, həm də ölkənin reytinqini artırdıq. Qrup mərhələsi bizə böyük təcrübə qazandırdı və görüb-götürdüklərimizin gələcəkdə çox faydası olacaq. Qrupda oynamaqla komandada özünəinam artdı. Bütün bunlar cəmi 2 mövsümdür avrokuboklarda çıxış edən klub üçün böyük irəliləyişdir. Növbəti mövsümdə yenidən qrupa düşməyə və mərhələ adlamağa çalışmalıyıq”.

Arif komandanın çempionatın ikinci dövrəsində uğursuz çıxışına da toxunub. O, xal itkilərini “Qəbələ”nin “iki cəbhə”də çıxış etməsiylə əlaqələndirmir: “Hər komandada eniş olur. Avropa klubları da sıx qrafikdə oynayır. Doğrudur, “iki cəbhə”də mübarizə aparmaq çətindir. Ancaq futbolçunun inkişafı üçün 3 gündən bir oynamaq yaxşıdır. Çox xal itirmişiksə, bunda, ilk növbədə, özümüz günahkarıq. Futbolda uğursuzluq olanda ruhdan düşmək işə yaramır. Əksinə, daha çox işləmək və vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu vəziyyətdən birgə səylərimizlə çıxmalıyıq”.

Müdafiəçi lider “Qarabağ”la xal fərqinin 9-a çatmasına görə, ruhdan düşmədiklərini deyir və hesab edir ki, liderlə böyük xal fərqini aradan qaldırmaq yaxşı motivasiyadır: “Niyə ruhdan düşməyliyik? Əlbəttə, “Qarabağ”la xal fərqimiz 1-2 deyil, 10-dur. Onu da yaxşı başa düşürük ki, çempionatın sonuna hələ tam 2 dövrə, “Qarabağ”la isə 3 oyunumuz qalır. Bunun biri qış fasiləsinədək olacaq. Deməli, “Qarabağ”a qalib gəlsək, xal fərqini 7-yə endirmiş olacağıq. Komandamızın potensialı böyükdür. Avropa Liqası artıq bizim üçün arxada qaldığından, bütün gücümüzü çempionata qoymalıyıq. Mövsümün əvvəlindən qarşımıza çempionluq vəzifəsi qoyulub və bu, indi də qüvvədə qalır. Bu mənada mövsümün ikinci yarısında mübarizə daha maraqlı olacaq. Bu, çox yaxşı haldır ki, komanda qarşısına böyük məqsəd qoyur və ona çatmağa çalışır. Bunun üçüncə oyunlara yaxşı köklənmək, xal ehtiyatını maksimum artırmaq çox vacibdir. Çempion olmaq istəyiriksə, qış fasiləsinə 2-ci yerdə möhkəmlənərək yollanmaq çox vacibdir”.

Fanat.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"

24 İyun 2017 04:12

Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

24 İyun 2017 04:08

Məkkədə terror aktının qarşısı alındı

24 İyun 2017 03:53

Bakıda avtomobil yeniyetməni vurub

24 İyun 2017 03:42

“Qalatasaray” azarkeşlərinə şad xəbər

24 İyun 2017 03:34

Sevgini çəkən insan - FOTO

24 İyun 2017 03:32

ABŞ-da "F-16" qəzaya uğrayıb -

24 İyun 2017 03:31

Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"

24 İyun 2017 03:12

Gürcüstanda 31 yaşlı azərbaycanlı nazir müşaviri oldu

24 İyun 2017 02:49

Hindistanda Tramp kəndi

24 İyun 2017 02:48

Səudiyyə Ərəbistanında terrorçuların hücumununun qarşısını alınıb

24 İyun 2017 02:43

Astroloji proqnoz -

24 İyun 2017 02:40

Fotolara bənzəyən rəsmlər - FOTO

24 İyun 2017 02:32

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

24 İyun 2017 02:29

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

24 İyun 2017 02:17

Çaylarda su artdı, Gorançay daşdı

24 İyun 2017 01:58

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

24 İyun 2017 01:57

Hindistanda Trampın şərəfinə kənd adlandırılıb

24 İyun 2017 01:55

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”

24 İyun 2017 01:54

SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək

24 İyun 2017 01:42

1930-cu illərin çılğın, qara-ağ Londonu - FOTO

24 İyun 2017 01:32

Kəbədə həyata keçirilməsi planlaşdırılan terror aktlarının qarşısı alınıb

24 İyun 2017 01:28

Diqqətsiz qalan 2 yaşlı körpə ağcaqanad dərmanı içib zəhərləndi

24 İyun 2017 01:18

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

24 İyun 2017 01:02

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

24 İyun 2017 00:58

"Arsenal" fransız futbolçuya görə 44 milyonundan keçməyə hazırdır

24 İyun 2017 00:58

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

24 İyun 2017 00:52

Bakıda təcili yardım maşını aşıb:

24 İyun 2017 00:45

Lənkəranda zəlzələ oldu

24 İyun 2017 00:43

Ərdoğan: "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır"

24 İyun 2017 00:42

Pakistanda 2 partlayışda 37 nəfər ölüb

24 İyun 2017 00:36

Lənkəranda zəlzələ

24 İyun 2017 00:34

Rejissor Kənan Mahmudovun həyat yoldaşı dəyişib belə oldu - FOTO

24 İyun 2017 00:33

Goranboyda avtomobil piyadanı vurub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ olub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ baş verib

24 İyun 2017 00:28

Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda

24 İyun 2017 00:24

Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

24 İyun 2017 00:22

Bakıda təcili yardım maşını aşdı - Sürücü... - FOTOLAR

24 İyun 2017 00:18

Astroloji proqnoz - 24 iyun

24 İyun 2017 00:08

"Bavariya" gənc yarımmüdafiəçinin transferinə yaxındır

24 İyun 2017 00:05

Günün qoroskopu: emosional fon sabit deyil

24 İyun 2017 00:05

"Beşiktaş" Pepedən cavab gözləyir

23 İyun 2017 23:57

Ana ölən oğlunu almaza çevirdi - FOTO

23 İyun 2017 23:57

Almaniyada Tramp-Putin görüşü baş tuta bilər -

23 İyun 2017 23:54

Pike və Şakiranın sevgi hekayəsi - FOTO

23 İyun 2017 23:52

Bakıda "Zəfəran hospital"a məxsus ambulans qəza törədib: xəsarət alan var

23 İyun 2017 23:52

"Yuventus"u "Mançester Siti"yə dəyişir

23 İyun 2017 23:52

Alimlər uşağın emosiyalarına reaksiya verə bilən oyuncaq hazırlayıblar

23 İyun 2017 23:52

Tarkanın Bakı konsertindən FOTOlar

23 İyun 2017 23:47