Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin qapıçısı nə vaxt sağalacaq

"Qəbələ"nin qapıçısı nə vaxt sağalacaq

Date: 19 December 2015 14:27

"Qəbələ"nin ukraynalı qapıçısı Dmitri Bezotosnı çıxışını Topaz Premyer Liqasında qış fasiləsi başlamamış bitirməli olub. Fanat.az xəbər verir ki, ayaq pəncəsində barmaq sümüyü sınan legioner bir neçə gündü vətənindədi. 


Əsas komandanın həkimi Roman Jolobaylyuk Bezotosnının təkrar müayinə olunacağını bildirib: “Ona gips qoyulub. Bu həftə təkrar müayinə olunacaq və nəticəsini Ukraynadan bizə göndərəcək. Dmitrinin qış fasiləsinədək sağalacağını gözləyirik”.


Jolobaylyuk müdafiəçi Ruslan Abışovun zədəsiylə bağlı alman həmkarlarına müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, Münhendən aldıqları cavaba əsasən müalicə kursunu müəyyənləşdiriblər: “Köhnə zədə Ruslanı neçə vaxtdı narahat edir. Bu problemi birdəfəlik həll etməkdə futbolçuya kömək etmək istəyirik. Almaniyanın Münhen şəhərindəki klinikada həkim tanışlarım var. Alman həmkarlarımla məsləhətləşməyə ehtiyac vardı. Rentgen müayinəsinin nəticəsini onlara göndərdik və artıq cavab almışıq. Məlum oldu ki, problem Abışovun diz nahiyəsində yox, onurğa sütunundadı. Bu il oyunlarımız bitəndən sonra futbolçunu Almaniyaya müalicəyə göndərməyi nəzərdə tutmuşuq. Müayinənin nəticələrini bilmədən onu risk qarşısında qoya bilməzdik. Hələliksə Ruslan komandanın oyunlarında iştirak edir”.


Qeyd edək ki, Ruslanla yanaşı estoniyalı hücumçumuz Sergey Zenyov da zədə üzündən “Neftçi”ylə Qəbələdəki matçı tribunadan izləməli olub.


Fanat.az


Tags:  Qəbələnin qapıçısı vaxt sağalacaq

RƏYLƏR


Top news