Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün şəhid Elşad Quliyevin doğum günüdür

Bu gün şəhid Elşad Quliyevin doğum günüdür

Date: 19 December 2015 14:29

 

Bu gün MTN-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı həlak olan Elşad Vəli oğlu Quliyevin doğum günündür.

Lent.az-ın məlumatına görə, o, 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olub. 1990-ci ildə isə Zəngilanda 1 saylı orta məktəbi bitirib, 1991-ci ldə Azərbaycan Texniki Universitetinə qəbul olunub. Qarabağ muharibəsi zamanı  torpaqlarımızın mudafiəsində iştirak edib.

1995-ci ildən MTN-nin xususi təyinatli dəstəsində zabit rutbəsi ilə işə başlayıb. Dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib.

2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə  təltif olunub.

2012-ci il aprelin 6-da polkovnik-leytenant Elşad Quliyev MTN-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olub. 2 övladı var.

Allah rəhmət eləsin





Tags:  gün şəhid Elşad Quliyevin doğum günüdür

RƏYLƏR


Top news