"Bavariya"nın aparıcı hücumçusu Robert Levandovski "Real"da oynamaq istədiyi barədə informasiyanı dəyərləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, polşalı hücumçu bunları deyib:
"Hər il bu tipdə şayiələr yayılır. Heç vaxt bunlara reaksiya vermirəm. Məni yalnız futbol maraqlandırır. Bu, mənim üçün asan durum deyil. Şərh verməməyi üstün tuturam".
Bir neçə gün öncə ispan mediasında Levandovskinin agentinin "Real"ın prezidenti Florentino Perezlə görüşdüyü barədə məlumat yayılmışdı.
Milli.Az