​İran rəsmisi: "Bizim Türkiyə ilə strateji əlaqələrimiz var"

​İran rəsmisi: "Bizim Türkiyə ilə strateji əlaqələrimiz var"
15:17 19 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ "İranla Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir". "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.
O, son zamanlar iki ölkə arasında baş verən bəzi hadisələrə münasibət bildirərkən deyib: "İran və Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir. Suriyanın gələcəyi məsələsində fikir ayrılığımız da var. Biz düşünürük ki, türk dostlarımızla bütün məsələləri, hətta Suriya problemini də danışıq yolu ilə həll edə bilərik".

Xəbərin orijinal ünvanı: http://report.az/region/iran-resmisi-bizim-turkiye-ile-strateji-elaqelerimiz-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR