Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış aktyoru küsdürdülər

Tanınmış aktyoru küsdürdülər

Date: 19 December 2015 15:22

Musiqili Teatrın aktyoru Novruz Qartal rejissorlardan incikdir.

Publika.az-a açıqlama verən aktyor seriala çəkilmək istədiyini, amma hələ də dəvət almadığını deyib:
 
"Mən də seriallara çəkilmək istəyirəm. Amma yada düşmürəm. Efirə də çağıran yoxdur. Mən də istəyirəm ki, verilişlərə dəvət alım, seriallara çəkilim. Yəqin, qocalmışam, ya da onların tələbinə cavab vermirəm". 
 
Hər zaman səviyyəsini qoruyub saxladığını deyən aktyor səviyyəli obrazlar yaratmaq arzusundadır:
 
"Mənim üçün rolun böyüyü-kiçiyi yoxdur, amma özümə layiq obrazlar yaratmaq istəyirəm. Çünki mən zamanında Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi sənətkarlarla tərəf-müqabili olmuşam. İndi elə gözəl televiziya tamaşalarından sonra durub hansısa səviyyəsiz rolda çıxış etsəm, məni söyərlər".

Milli.Az


Tags:  Tanınmış aktyoru küsdürdülər


RƏYLƏR


Top news