Bir neçə seriya sonra toy səhnəsi ilə "Paramparça" serialından ayrılacaq Nurgül Yeşilşay paparassilərin hədəfinə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa sevgilisi və oğluyla bərabər bir məkanda yeməkdən çıxarkən jurnalistlərlə rastlaşıb.
Onlar Nurgülə serialdan ayrılacağı barədə sual veriblər. O, "bu barədə şirkət özü açıqlama verəcək" deyib.