"Yaşına uyğun işlər gör" - Aynişan

"Yaşına uyğun işlər gör" -  Aynişan
15:26 19 Dekabr 2015
118 Şou
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə” yarışmasına qatılan Aynişan Quliyeva onun ayağının altını qazamağa çalışanlara ismarış göndərib.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bunları yazıb:

“Bir nəfər mənə yazıb ki, "Bax gör tərəfini saxladığın adam insanların fikrini necə sənə qarşı yönəldir". Belə halları çox görmüşəm. Bu ilk yarışma deyil ki, orada iştikar edirəm. Alışmışam. Əzizim, bu bir yarışmadı. Sənin də orada olmağın mənə düşmən kimi baxmağın demək deyil. Bu dedi-qodunu bir kənara atıb, yaşına uyğun işlər gör. Sən ən yaxşısı get duellərə hazırlaş. Məndən nə sənə, nə də başqasına düşmən olmaz. Allah qəlbi onunla döyünən bəndələrə yardımçı olsun”.

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın qızı olan Aynişan yarışmaya Murad Bozun komandasında davam edəcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR