Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elcanın Yeni il reportajı isti havası olan Dubaydan - FOTO

Elcanın Yeni il reportajı isti havası olan Dubaydan - FOTO

Date: 19 December 2015 15:27

Space kanalında yayımlanan KOMEDİ KLİP verilişinin aparıcısı Elcan Rəsulov Yeni il telelayihəsinin bayram nömrəsini çox isti iqlimi olan Dubaydan təqdim edəcək!

"Bayırda qışdır, ancaq Dubayda - yay! Əla hava var istirahət etməyə. Qızmar günəş başımızı yandırmır. Günəş şüaları tamamilə təhlükəsizdir və xoş təəssüratlar yaradır! Xüsusən yay mövsümündə bu cür komfortlu hava qış mövsümündə ekskursiya etmək üçün əla imkan yaradır! Başqa vaxtlarda il boyu belə komfortlu hava olmur və buralada çox isti olur gəzinti üçün. Kondisionerlər hər yerdə quraşdırılıb, çünki havanın temperaturu daim 50 dərəcəyə yaxın olur. Mağazalarda və dayanacaqların hamısında soyuducu vasitəsi ilə imkan yaradılır ki, insanlar rahat alış-veriş etsinlər. Qış  mövsümü burada çox xoşdur", - o deyib.

Ssenarinin müəllifi və rejissoru Elnur Əliyev, operator Rafiz Fərzəliyev, rəssam Mehriban Əfəndiyevadır.

45 dəqiqəlik yumoristik veriliş xarici və yerli istehsal olan kliplərin əsasında qurulub.

Veriliş hər bazar günü saat 12:00-da efirə çıxır. Təkrarı çərşənbə axşamı saat 16:00-dadır.

Verilişin səhifəsi https://www.facebook.com/ailemizseriali/

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az









Tags:  Elcanın Yeni il reportajı isti havası olan Dubaydan FOTO


RƏYLƏR


Top news