Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Laçınlı qəhrəmanın anım mərasimi keçirilib

Laçınlı qəhrəmanın anım mərasimi keçirilib

Date: 19 December 2015 15:29

Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedi.az saytının təşkilati dəstəyi ilə şəhid Elnur Cabbarovun anım mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, Facebook “Laçın və laçınlılar” qrupu, “Laçın yurdu” jurnalı, Lacin.info saytı, “Laçın Film Prodakşn” və “İdea reklam”ın təşkilatı dəstəyi ilə baş tuttan mərasimdə qəhrəmanın ailə üzvləri,yaxınları, Qarabağ qaziləri, şəhid ailələri, ziyalılar, qeyri-hökümət təşkilatlarının təmsilçiləri, ictimaiyyət  və media nümayəndələrinin və digər rəsmi şəxslər iştirak edirdi.Tədbir əvvəlcə dövlət himninin səslənməsi ilə başladı.Mərasimdə çıxış edənlər şəhid Elnur Cabbarovun keşməkeşli və şərəfli həyat yolundan,vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açdılar. Bildirildi ki,  22 fevral 1973-cü ildə Laçın şəhərində anadan olan Elnur əslən Xırmanlar kəndindəndir. Qəhrəmani tanıyanlar dedilər ki,Elnur hələ uşaq ikən vətənə, torpağına millətinə olan sevgisi hiss olunurdu. 1990-cı ildə Laçın şəhər 1 №li orta məktəbi bitirdikdən sonra 1991-ci ilin dekabr ayından xidmətə yollanan Ellur 1994-cü ilin aprel ayında Laçın Rayon Polis Şöbəsinin şəxsi heyətinin tərkibində ən ağır döyüşlərdə iştirak edir. Tığik kəndi uğrunda gedən döyüşlərdə yaralanan qəhrəmanımız, sağaldıqdan sonra yenidən Qayğı qəsəbəsi istiqamətində gedən döyüşlərdə igidliklə vuruşur. 1994-cü il dekabrın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin müdafiəsi zamanı düşmən gülləsinə tuş gələrək həlak olur .Elnur Cabbarov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. O Subay idi. Mərasimdə o da vurğulandı ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Elnur Zakir oğlu Cabbarov kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxılayır. Bildirdilər ki, xalqımızın ən qeyrətli övladları Azərbaycanın ərazi bütövlüyünə qəsd edən düşmənə qarşı mübarizədə əsl qəhrəmanlıq nümunələri göstəriblər. Milli ordunun hələ tam formalaşmadığı bir dövrdə özünümüdafiə dəstələrinə könüllü qoşulan bu mübariz oğullar canlarını belə Vətən uğrunda əsirgəmədən erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. 

Tədbirdə çıxış edən ziyalılar,şəhidin yaxınları dövlətin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğıdan danışdılar. Vurğulandı ki, bu gün prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan günü-gündən inkişaf edir.Ölkə əhalisinin o cümlədən  şəhid ailələrin, imtiyazlı şəxslərin sosial rifahı yaxşılaşdırılır. Dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinə evlər tikilib verilir, onlara yardımlar ayrılır. Bu da öz növbəsində onu bir daha təsdiq edir ki,şəhid ailələri hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər danılmazdır.



Tags:  Laçınlı qəhrəmanın anım mərasimi keçirilib

RƏYLƏR


Top news