Noyabrda “Elektron hökumət” portalına 103,784 nəfər müraciət edib

15:33 19 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Bu ilin noyabrında “Elektron hökumət” portalına (e-gov.az) 103,784 nəfər müraciət edib.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə portala müraciət edənlərin 21,1 faizini yeni istifadəçilər, 78,9 faizini isə təkrar müraciət edənlər təşkil edib. Bir ay ərzində portala 327,781 daxilolma qeydə alınıb.
Qeyd edək ki, “e-hökumət” istifadəyə verilən vaxtdan indiyədək portala müraciət edənlərin sayı 2,642,978 nəfər olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Noyabrda_Elektron_hokumet_portalina_103784_nefer_muraciet_edib-912694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR