"Rabitə dünyası" qəzeti əvəzində jurnal nəşr olunacaq

"Rabitə dünyası" qəzeti əvəzində jurnal nəşr olunacaq
15:42 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq. Bu barədə "Report"a RYTN-in mətbuat xidmətindən məlumat verilib.
"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq", - deyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/rabite-dunyasi-qezetinin-evezinde-jurnal-nesr-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR