Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beren Saat "Kösəm Sultan" oldu (VİDEO, FOTO)

Beren Saat "Kösəm Sultan" oldu (VİDEO, FOTO)

Date: 19 December 2015 15:46

Uzun müddətdir qalmaqala səbəb olan "Mühteşem yüzyıl - Kösəm sultan" serialında yenilik. Tanınmış aktyor Beren Saatın serialda rolu yaxın zamanlarda başlayacaq.
Beren Saat qalmaqallı serialda baş rolu canlandıracaq. O, Kösəm Sultanın gənclik dövrünü ifa edəcək.
ANS PRESS-in məlumatına görə, Beren Saat serialda gənc aktrisa Anastasiya Thsilmpounu əvəz edəcək.

Artıq onun iştirakı ilə çəkilən seriyaların anonsları da yayılıb. B.Saat dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub.






"Möhtəşəm yüz il: Kösəm Sultan"ın 7-ci hissəsinin anonsu

Dünyanın onlarla ölkəsində, o cümlədən Azərbaycanda da yüz minlərlə insanın izlədiyi Türkiyənin ən məşhur serialı olan "Muhteşem Yüzyıl"ın davamı kimi çəkilən "Muhteşem Yüzyıl - Kösem"lə bağlı anlaşılmazlıqlar hələ serial barədə danışıqlar başlayanda var idi. ANS PRESS-in məlumatına görə, serialın baş rol ifaçısı kimi seçilən gənc aktrisa Beren Saatla ödəniş məbləğində razılaşma əldə edilə bilmirdi.

Belə ki, aktrisa seriya başına rejissorlardan 80 min lirə (təqribən 35 min manat) tələb edir.

Ulduz aktrisa "Aşka Sürgün" adlı serialdan sonra ikinci dəfə usta rejissor Tomris Giritlioğlu ilə birgə çalışıb.
Aktrisa Kıvanç Tatlıtuğ ilə birgə baş rollarını paylaşdığı "Aşk-ı Memnu" serialı ilə qısa müddətdə ən sevilən və çox axtarılan simalardan biri olub.




Tags:  Beren Saat Kösəm Sultan oldu VİDEO FOTO

RƏYLƏR


Top news