Azərbaycanın milli qəhrəmanlarından bəhs edən kitabın təqdimatı olub

Azərbaycanın milli qəhrəmanlarından bəhs edən kitabın təqdimatı olub
15:48 19 Dekabr 2015
139 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə yazıçı-publisist Cəlaləddin Qasımovun Azərbaycanın milli qəhrəmanlarından bəhs edən “Vətən uğrunda vuran ürəklər” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabda Qarabağ uğrunda müharibədə qəhrəmanlıq göstərən Vətən oğullarının döyüş yolu haqqında materiallar əksini tapıb.
Tədbirdə bildirilib ki, Azərbaycanın azadlığı uğrunda vuruşub Milli Qəhrəman adını alanlar haqda dəqiq məlumatların toplanması zəruridir. Milli qəhrəmanlarımız barədə məlumatlar bugünkü və gələcək nəsillərimiz üçün ona görə vacibdir ki, onlar hər zaman Vətəni sevsinlər. Bu kitab Qarabağ müharibəsində şəhid olanların xatirəsini bir daha əbədiləşdirir.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov qeyd edib ki, kitabın azərbaycançılıq ideyasının təbliğində böyük rolu var. Burada milli qəhrəmanlarımızın həyat yolu, döyüş şücaəti haqqında geniş məlumat verilir. Bu kitab gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bir vasitə, eyni zamanda, düşmənlərimiz üçün bir mesajdır ki, Azərbaycan xalqı qəhrəmanlar yetişdirir.
“Qəhrəmanlar heç vaxt unudulmur, onların Vətən uğrunda mübarizə aparmaları bizim üçün örnəkdir”, - deyən müəllif Cəlaləddin Qasımov ərsəyə gətirdiyi kitabın gənclərimiz üçün bir mənəviyyat, təcrübə məktəbi olduğunu bildirib. O, bu cür kitabların Vətən uğrunda fədakarlıq etmiş insanları tanıtmaq üçün önəmli olduğunu qeyd edib. C.Qasımov kitabda haqqında bəhs etdiyi milli qəhrəmanların döyüş yoluna aid faktları necə əldə etdiyi barədə məlumat verib. Müəllif kitabın orta məktəblərdə, ali təhsil müəssisələrində yayılmasının zəruri olduğunu diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər kitabın əhəmiyyətindən danışıblar.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_milli_qehremanlarindan_behs_eden_kitabin_teqdimati_olub-912695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR