Qışda qarpız-boranı bayramı

Qışda qarpız-boranı bayramı
15:51 19 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsi həmişə özünəməxsusluğu ilə seçilib. Burada bahar kimi qışın gəlişi də bayram kimi qarşılanır. Elə buna görə də bu gün bazarda ən çox alınan və satılan boranı, qarpızdır.

ANS PRESS məlumat verir ki, lənkəranlılar çillə axşamı ağ boranı bişirmək və qarpız kəsmək adət-ənənəsinə bu gün də sadiqdirlər. "Qış girəndə ata-babalarımız qarpızı iki qapı arasında sındırıblar ki, qış yaxşı keçsin." 70 yaşlı Şıxəli Kazımov deyir.

Çillə axşamı nişanlı qızların evinə qış xonçası aparmaq adəti də bu günümüzə qədər gəlib çatdığından Lənkəranbazarında əsl bayram qələbəliyi yaşanır. Qız evinə yola salınacaq qış xonçası üçün bazarlıq edənlərin çoxluğu isə satıcıların lap ürəyincədir.Bayram qarpızının hər kiloqramı 1 manat 50 qəpiyə satılır.


Lənkəran bazarı

Çillə adət-ənənələrinin cənub bölgəsində yaşarı olmasını folklorşünas alim əhalinin oturaq həyat tərzi və tarixi köklərə bağlı olması ilə əlaqələndirir. Bildirir ki,çillə çevr-40 sözündən ibarətdir. Ağırlıq,çətinlik mənasını verir.Çilləyə xalq arasında şəbi yəzda -yəni ən uzun qış gecəsi deyilir.Xalq bunu bayram kimi keçirməklə qışdan qorxmadığını, yaza böyük həvəslə, inamla getdiyini ifadə edir.
Çillə axşamı niyə məhz boranı və qarpız yeyildiyinə isə folklorşünas alim belə açıqlayır ki, əksliklər özünü həm qarpızda, həm boranıda göstərir.Əgər boranı günəşin rəmzidirsə, qarpız soyuqluğun, qışın rəmzidir.Qarpızı kəsməklə qışdan qorxmadıqlarını, yaza doğru getdiklərini ifadə edirlər. Boranını da o mənada kəsirlər.


Çillə bayramının ən cox satılan məhsulu

Qədim inanclara görə hər kəs çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından bir dilim yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa qədər azar bezardan qurtular.


Çillə bayramına hazırlıq

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR