Qənirə Paşayevanın Ankarada Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib (FOTO)

Qənirə Paşayevanın Ankarada Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib (FOTO)
15:53 19 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans keçirmək üçün qonşu ölkəyə səfər edən millət vəkili Qənirə Paşayeva Gölbaşı bələdiyyə başqanı Fatih Duruay ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, gözəl gölbaşının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Ankarada, Gölbaşının mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Gölbaşı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Gölbaşı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Ankarada, Gölbaşında Qarabağ parkı təklifini müsbət qiymətləndirdiyini deyərək bu təklifə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində Ankaranın, Gölbaşının da yer alacağını bildirib və Azərbaycan insanına bu gözəl yerləri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Gölbaşı bələdiyyə başqanı Fatih Duruay və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Gölbaşı bələdiyyə başqanı FatihDuruaya həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Ankara, Gölbaşının tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Ankarada yaşayan bir sıra azərbaycanlı ziyalılar da iştirak edib və bir sıra fikir və təkliflər ərtafında geniş fikir mübadiləsi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR