NASA Yerin Ay səthinin üfüqündəki görüntüsünü yayıb

NASA Yerin Ay səthinin üfüqündəki görüntüsünü yayıb
15:53 19 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Amerikanın Kosmik fəzanın təhqiqi və aeronavtika üzrə milli idarəsi – NASA Yer kürəsinin Ay səthində üfüq üzərindən qalxmasını əks etdirən yüksək keyfiyyətli görüntü yayımlayıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, NASA-nın rəsmi saytında yer alan məlumatda Yer kürəsinin yeni görüntüsünün 1972-ci il dekabrın 7-də “Apollo-17” kosmik gəmisinin 29 min kilometr məsafədən çəkdiyi və Dünyanı bütöv olaraq göstərən məşhur “Mavi Kürə” (Blue Marble) fotoşəklini xatırlatdığı bildirilir.
Yer planetinin 2009-cu il iyunun 18-dən etibarən ayda təhqiqat aparan LRO kosmik gəmisi tərəfindən çəkilmiş yeni fotosunda sağ yuxarı küncdə Saxara səhrası və Səudiyyə Ərəbistanı, solda isə Atlantik okeanı və Sakit okean görünür.
Yer kürəsinin yeni görüntüləri NASA-nın internet səhifəsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NASA_Yerin_Ay_sethinin_ufuqundeki_goruntusunu_yayib-912698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR