Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oksana: "Gecə 12-ni keçən kimi..." - FOTO

Oksana: "Gecə 12-ni keçən kimi..." - FOTO

Date: 19 December 2015 16:32

Bu gün rəqqasə Oksana Rəsulovanın ad günüdür. 

33 yaşını qeyd edən sənətçi təəssüratlarını axşam.az-ın əməkdaşı ilə bölüşüb. O, ilk təbriki tələbələrindən aldığını bildirib:

"Gecə 12-ni keçən kimi bütün tələbələrim evimə gəldilər. Tort, güllər gətirib, məni təbrik etdilər. Bu il ad günümü böyük şəkildə qeyd etməyi düşünmürəm. Çünki o əhvalda deyiləm. Allah bizim ölkəmizə xoş günlər nəsib etsin, matəmdən uzaq olaq. Ad günlərimdə ilk əvvəl sevinirəm. Gözəl sözlər eşidir, təbriklər alıram. Amma səhəri gün yaşımın çoxalmasını düşünür, üzülürəm. Gözlədiyim özəl hədiyyə yoxdur. İnsan üçün ən gözəl hədiyyə onun sevənləri tərəfindən yada salınmasıdır".

Milli.Az








Tags:  Oksana Gecə 12-ni keçən FOTO


RƏYLƏR


Top news