Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi elanı verib

16:37 19 Dekabr 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Komissiyadan məlumat verilib. İşə dəvətlə bağlı tələblərə şəxsin ali təhsilli, Azərbaycan, ingilis və rus dillərini (digər Avropa dillərini bilmək üstünlük sayılacaq) mükəmməl bilən, MS Office (Access, PowerPoint, Word, Excel); Adobe Photoshop; Adobe Corel Draw; Adobe PhotoPaint; Acrobat Reader kompüter proqramlarında, internet şəbəkəsində və ofis avadanlıqlarında sərbəst işləmək bacarığının olması daxildir. Müraciət edənlərin yaş həddi 40-a qədər olmalıdır.
Məlumatlar (telefon nömrələri göstərilməklə) Dövlət Komissiyasının rəsmi e-mail ünvanına (info@human.gov.az) göndərilməlidir.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevdir.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/dovlet-komissiyasinin-i-sci-qrupu-mutexessis-qebulu-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR