Yollar buz bağladı - VİDEO

Yollar buz bağladı - VİDEO
16:47 19 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

"KANAL S" (Region TV)  xəbər verir ki, Şəkidə havaların həddindən artıq soyuq keçməsi bir sıra problemləri də özüylə bərabər gətirib. Bu problemrden biri də yolların buz bağlamasıdır.

Qışda gecənin şaxtasında bulaqların suyunun donmaması üçün əhali bir çox hallarda su kranlarını açıq saxlayır. Nəticədə axan su küçələrdə gölməçələr yaradır və gecə saatlarında buz tutur. Bu cür hava şəraiti əsasən axşam və səhərin erkən saatlarında meydana gəlir. Digər tərəfdən, şaxta nəticəsində partlayan borulardan axan su da vəziyyəti çətinləşdirir.  Hansı ki, bu da xüsusən yollarda avtomobillərin hərəkətinə təhlükə yaradır. Buz tutmuş yolda sürətlə hərəkətdə olan hər hansı sürücü ani diqqətsizliklə buzun qurbanına çevrilə bilər. Buz qatının çox incə olması isə onu daha da təhlükəli edir. Belə ki, nazik buz qatı o qədər də hiss olunmur və uzaqdan yaxınlaşan sürücü, demək olar ki, qarşıda yolun buz tutduğunu görmür.

Şəki şəhər DYPB-nin əməkdaşlarıda sürücülərin şaxtalar azalana qədər diqqətli olmaları üçün xəbərdarlıq ediblər.

Qış aylarında yolların buz bağlaması təbii amildir. Buna görə də hər bir sürücü ehtiyatı əldən verməməli və avtomobilini qışın ağır sınaqlarına hazırlamalıdır. Əks təqdirdə sadəcə özünün həyatını yox, həm də başqalarının həyatını çox böyük təhlükəyə atır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR