Ronaldo körpə Heydərlə görüşdü (FOTO)

Ronaldo körpə Heydərlə görüşdü (FOTO)
16:56 19 Dekabr 2015
184 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya yığmasının və “Real Madrid” klubunun hüçumçusu Kriştiano Ronaldonun bu gün 3 yaşlı livanlı uşaqla görüşü baş tutub.

ANS PRESS-in məlumatına görə, dünyanın ən tanınmış futbolçularından biri olan Ronaldo 3 yaşlı Heydər Mustafa ilə Madriddə görüşüb. Heydər Madridə “Real Madrid” klubunun prezidenti Fiorento Peres tərəfindən Madridə gətirilib.


Balaca Heydər hava limanında Madridə gedərkən


Kriştiano Ronaldo və 3 yaşlı Heydər Mustafa

Üç yaşlı Heydər Mustafanın valideynləri Livanda baş vermiş terrorda dünyasını dəyişib. Uşağın kumiri ulduz futbolçu Ronaldo olub. Bundan xəbər tutan oyunçu azyaşlıya xoş sürpriz edib.

Noyabr ayının12-də Livanın paytaxtı Beyrutda terror aktı törədilib. İki terrorçu kamikadzenin özünü partlatması nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanıb. İŞİD terrorçu qruplaşması isə Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu terror aktının Beyrutda 25 il əvvəl vətəndaş müharibəsindən sonra ən ağır terror aktı olub.


Beyrutda baş verən terror nəticəsində ölən Heydərin valideynləri


Terrordan sonra Heydər xəstəxanada

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR