Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənilər Ağdamı atəşə tutub

Ermənilər Ağdamı atəşə tutub

Date: 19 December 2015 16:59

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində gərginlik yaratmaqda davam edir.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, erməni hərbçiləri bu gün saat 12:30 radələrində Ağdamın işğal altında olan Baş Qərvənd kəndi ərazisindən Azərbaycan Ordusunun Çıraqlı, Ayaq Qərvənd kəndlərində yerləşən mövqelərini minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Azərbaycan Ordusu ermənilərin atış mövqelərini vurduqdan sonra cəbhə xəttində sakitlik yaranıb.

 

İki saatlıq sükutdan sonra cəbhə xəttində yenidən atəş səsləri eşidilib. İriçaplı pulemyotlardan açılan atəş səsləri hazırda rayonun bütün yaşayış məntəqələrindən eşidilir.


Tags:  Ermənilər Ağdamı atəşə tutub

RƏYLƏR


Top news