Təhsil Problemləri İnstitutunda ongünlük seminar-treninq başa çatıb

Təhsil Problemləri İnstitutunda ongünlük seminar-treninq başa çatıb
17:13 19 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda ongünlük seminar-treninq başa çatıb.
TPİ-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinin pedaqoji heyətinin qatıldığı tədbirdə institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov seminar-treninqin əhəmiyyətindən danışıb. Bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun “Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin “Tədbirlər Plan”ında öz əksini tapmış onlarla tədbirin əsas icraçısı kimi TPİ respublikamızda ilk dəfə olaraq təlimlərin məzmununda və təlim texnologiyalarının tətbiqində yeniliklər tətbiq edərək təlim nəticələrinin yüksəldilməsinə çalışır.
Bu istiqamətdə İnstitut tərəfindən keçirilən “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin üçüncü mərhələsinə ali təhsil müəssisələrinin seçilmiş pedaqoji kadrları cəlb olunub. Seminar-treninqin proqramı pedaqoji kadrlar üçün innovativ təlim metodologiyasının, kompetensiyalara əsaslanan modul tipli təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması, tətbiqi və müvafiq resursların yaradılması sahəsində bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək seminar-treninqin ümumi məzmununu özündə əks etdirir.
Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova müasir ali təhsil müəllimlərinin innovativ təlim texnologiyalarının tədris prosesinə tətbiqində diqqət yetiriləcək məqamlara toxunub.
Tədbirdə çıxış edənlər seminarın səmərəliliyini qeyd edib və bunun üçün Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutuna təşəkkürlərini bildiriblər.
Tədbirin yekununda müdavimlərə sertifikatlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Problemleri_Institutunda_ongunluk_seminar_treninq_basa_chatib-912709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR