İştirak etdiyi "Düğün Dernek 2 Sünnet" filmi bu yaxınlarda təqdim edilən aktyor Ahmet Kural müğənni Hadisə ilə çıxan sevgi dedi-qodularına cavab verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bir müddət əvvəl ikili haqqında çıxan xəbərləri belə şərh edib:
"Hadisəni sevirəm, çox yaxşı dostumdur. Mövzunu uzadıb qızı incitməyin".
Qeyd edək ki, Hadisə də xəbərləri təkzib etmişdi.