X Çövkən Milli oyunlarının 1/4 finalçıları bəlli oldu

X Çövkən Milli oyunlarının 1/4 finalçıları bəlli oldu
17:17 19 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"KANAL S" (Region TV)  xəbər verir ki, Şəkinin Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda X Çövkən Milli oyunları davam edir. Bu gün 1/8 final mərhələsinin görüşləri baş tutub. Şəki və Laçın komandalarının görüşündən minimal üstünlüklə laçınlılar qalib ayrılıblar. Bakının "Polad" klubu isə Oğuz komandasından 3-0 hesabı ilə üstün olub. Ağcabədi Yevlaxı 5-0, Balakən kollektivi isə Qaxı 6-0 hesabı ilə məğlub edib. Beləliklə, Ağstafa, Balakən, Ağcabədi, Ağdam, Laçın rayonlarının kollektivləri, Bakının "Köhlən", "Polad" və "Sərhədçi" klubları 1/4 finala iştirak hüququ əldə ediblər. Qeyd edək ki, Prezident Kuboku uğrunda çövkən milli oyununa dekabrın 21-də yekun vurulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR