Xalid Vahidoğlu: "Mənim mövcud olmayan bir "layihənin koordinatoru" kimi təqdim olunmağım yanlışdır"

Xalid Vahidoğlu: "Mənim mövcud olmayan bir "layihənin koordinatoru" kimi təqdim olunmağım yanlışdır"
17:22 19 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

"Soros" fondu Xədicə İsmayılovaya əvəz tapdı" (http://news.milli.az/society/390351.html) başlıqlı yazı ilə əlaqədər jurnalist Xalid Vahidoğlu Milli.Az-a müraciət edib.

Müraciətində deyilir: "Məlumat üçün bildirim ki, yazıda bir qrup jurnalistin "Soros" Fondunun "yeni layihəsi"nin iştirakçısı kimi təqdim olunması yanlış məlumatdır. 2015-ci ilin yayında İstanbulda keçirilən jurnalist peşəkarlığının artırılmasına hesablanan həmin seminarın "Soros" fondu ilə heç bir bağlılığı yoxdur. Mənim də mövcud olmayan bir "layihənin koordinatoru" kimi təqdim olunmağım yanlışdır.

Yazıda istifadə edilən həmin foto isə mənim feysbuk səhifəmdən götürülüb. Aydınlıq üçün bildirim ki, həmin foto sözügedən seminardan üç ay sonra bu ilin oktyabrında mənim Amerika Birləşmiş Ştatlarına səfərim zamanı çəkilib. Səfər "Açıq Dünya Proqramı" çərçivəsində reallaşıb və jurnalist fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bu səfərin (21-31 oktyabr 2015-ci il) məqsədi ABŞ-da qaçqın və məcburi köçkünlərlə (təbii fəlakətlər nəticəsində - X.V.) bağlı həyata keçirilən proqramlarla tanışlıq və bu təcrübənin öyrənilməsi olub. Həmin səfərə Azərbaycanın regionlarında məcburi köçkünlərlə ən çox işləyən vətəndaş cəmiyyəti nümayəndəsi kimi dəvət olunmuşam. Səfər çərçivəsində isə qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması, onların sosial vəziyyətinin, təhsil imkanlarının artırılması ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmək imkanımız olub. Həmçinin, keçirdiyimiz bütün görüşlərdə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi və bu münaqişə nəticəsində öz evlərini tərk edən bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu barədə ABŞ təmsilçilərinə məlumat vermək şansı əldə etdik. Həmçinin, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi müsbət təcrübəni bölüşdük".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR