DİN Samuxda törədilmiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıb

DİN Samuxda törədilmiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıb
17:33 19 Dekabr 2015
254 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Samux rayonunda törədilmiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

Trend DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 18-də saat 18 radələrində Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Lütfiyyə İsmayılovanın evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra L.İsmayılovanın əlləri bağlı və boğaz nahiyəsində kəsilmiş xəsarəti olan yanmış meyiti tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Samux Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2471681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR