Bakıda beynəlxalq boks turniri davam edir

17:38 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC 
Azərbaycan boks məktəbinin banisi, Əməkdar İdman Ustası, SSRİ-nin Əməkdar Məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi turnir davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda yarımfinal görüşləri keçirilir.
Yarışın üçüncü günündə 18 döyüş nəzərdə tutulub.
Yüngül çəki dərəcəsində artıq finalçılar müəyyənləşib. Belə ki, 49 kiloqram çəki dərəcəsində özbəkistanlı Otabek Xolmatov və Vasiliy Samçuk qələbə qazanaraq finala yüksəliblər. Turnirdə 52 kiloqram çəki dərəcəsində yarışan qazaxıstanlı Aydos Arapov və gürcüstanlı Otar Naveriani qızıl medal uğrunda görüşdə üz-üzə gələcəklər.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İsraildən boksçular mübarizə aparırlar.
Beynəlxalq turnirdə hakim kimi ölkəmizi Əliağa Ramazanov, Emil Qurbanəliyev, Ceyhun Əbiyev, Anar Babanlı və Elxan Quliyev təmsil edirlər.
Yarışa dekabrın 20-də yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_beynelxalq_boks_turniri_davam_edir-912712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR