Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfqanıstan prezidenti Azərbaycana gəlir

Əfqanıstan prezidenti Azərbaycana gəlir

Date: 19 December 2015 17:39

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə “Report”a Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər dekabrın 22-də olacaq və bir gün davam edəcək.

Prezidenti səfərdə xarici işlər naziri, maliyyə naziri, milli təhlükəsizlik müşaviri, ticarət və sənaye naziri, əmək və sosial təhlükəsizlik naziri və digər yüksək rütbəli nümayəndələri müşayiət edəcək.
Rəsmi səfər zamanı Əfqanıstan və Azərbaycan arasında bir neçə sazişin imzalanması gözlənilir.


Tags:  Əfqanıstan prezidenti Azərbaycana gəlir

RƏYLƏR


Top news