Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində 9 iraqlı hərbçi həlak olub

Beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində 9 iraqlı hərbçi həlak olub

Date: 19 December 2015 18:13


Bakı, 19 dekabr, AZƏRTAC
İraqın müdafiə naziri Xalid əl-Obeydi dekabrın 18-də ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus təyyarələrin səhvən endirdiyi hava zərbəsi nəticəsində 9 hərbçinin həlak olduğunu təsdiqləyib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, insident koalisiya aviasiyasının Əl-Fəllucə şəhəri yaxınlığında quru qoşunlarının hücumuna dəstəyi zamanı baş verib. Hadisə nəticəsində 9 iraqlı hərbçi, o cümlədən ordu zabiti həyatını itirib.
Bir qədər əvvəl İraqın təhlükəsizlik və müdafiə məsələləri üzrə parlament komitəsinin başçısı Hakim əz-Zəmli ABŞ aviasiyasının Əl-Fəllucə şəhərinin cənub-qərbində yerləşən Ən-Nəymiyyə şəhərinə endirdiyi hava zərbəsi nəticəsində hökumət qüvvələrinin azı 30 hərbçisinin həlak olduğunu, 20 nəfərin isə yaralandığını deyib.
Hakim əz-Zəmli insidentlə bağlı ölkəsinin məhkəməyə müraciət edəcəyini bildirib.

Tags:  Beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində iraqlı hərbçi həlak olub


RƏYLƏR


Top news