Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa və Türkiyə öz hava məkanını Rusiya bombardmançıları üçün bağlayıb

Avropa və Türkiyə öz hava məkanını Rusiya bombardmançıları üçün bağlayıb

Date: 19 December 2015 18:13


Bakı, 19 dekabr, AZƏRTAC
Avropa ölkələri və Türkiyə öz hava məkanını Suriyada əməliyyatlar keçirən Rusiyanın uzaq mənzilli bombardmançı təyyarələrinin üzünə bağlayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu səbəbdən rusiyalı təyyarəçilər qarşılarına qoyulan tapşırıqları Avropadan yan keçməklə icra etməyə məcbur olublar.
Rusiya Hərbi Kosmik Qüvvələrinin təmsilçisi Anatoli Konovalov yaranmış vəziyyətin uzaq mənzilli bombardmançı təyyarələrin məqsədlərini hər bir şəraitdə uğurla həyata keçirməyə qadir olduğunu göstərdiyini bildirib.
 

Tags:  Avropa Türkiyə öz hava məkanını Rusiya bombardmançıları bağlayıb


RƏYLƏR


Top news