Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quldurlar iranlı balıqçılara hücum etdi: 2 ölü

Quldurlar iranlı balıqçılara hücum etdi: 2 ölü

Date: 19 December 2015 18:14

Somali sahillərində dəniz quldurları ilə iranlı balıqçılar arasında qarşıdurma baş verib.

 

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İranın "Şilat" balıqçılıq təşkilatının sədr müavini Əli Əsğər Mücahidi bildirib ki, qarşıdurma nəticəsində iki iranlı balıqçı ölüb, bir neçə nəfər də yaralanıb: “Biz balıqçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə onlara azad sularda Somali sahillərinə getməməyi və belə hal baş verərsə, İran gəmiçilərinin yardımından yararlanmağı məsləhət görmüşük”.

 

O, dəniz quldurlarının əlində hələ də iki balıqçı gəmisinin qaldığını bildirib və deyib ki, İran təhlükəsizlik qüvvələri həmin gəmilərin də azad edilməsi üçün çalışır. Mücahidi İranın bir neçə balıqçı gəmisinə Səudiyyə Ərəbistan, BƏƏ, Qətər və digər ölkələrin limanlarında həbs qoyulduğunu bildirib: “Hazırda diplomatik yollarla həmin gəmilərin azad olunmasına çalışırıq”.


Tags:  Quldurlar iranlı balıqçılara hücum etdi ölü

RƏYLƏR


Top news