DGK sədri: “Sahibkarlar incidilərsə, onların şikayətlərinə baxacağıq”

DGK sədri: “Sahibkarlar incidilərsə, onların şikayətlərinə baxacağıq”
18:17 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Dövət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Samur Gömrük-Keçid Məntəqəsində Rusiyaya gedən və əks istiqamətdə gələn vətəndaşların problemləri ilə maraqlanıb. “Report” xəbər verir ki, sakinlərlə görüş keçirən Aydın Əliyev onlardan sərhədi keçərkən və əks istiqamətdə hərəkət edərkən çətinliklərinin olub-olmadığını soruşub. Vətəndaşlar isə çətinliklərinin olmadığını bildirib. A.Əliyev bütün post terminallar, keçiddəki yoxlama yerləri, yük terminallarının keçid yerləri ilə tanış olub.
DGK sədri bildirib ki, sahibkarlar bundan sonra daha rahat şəkildə öz məhsullarını Rusiya bazarlarına keçirə biləcəklər: “Əgər hər hansı bir sahibkarı incidirlərsə, bununla bağlı biz görüşlər keçirərək onların şikayətlərinə baxacağıq”.
O əlavə edib ki, ölkə qanunvericiliyinə əsasən Rusiyadan Azərbaycana şəxsi istifadə üçün gətirilən ərzaq məhsulları 10 kq-dan artıq olmamalıdır.





Xəbərin orijinal ünvanı: http://report.az/biznes/dgk-sedri-sahibkarlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR