Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aynişan: "Yaşına uyğun işlər gör"

Aynişan: "Yaşına uyğun işlər gör"

Date: 19 December 2015 18:17

"O səs Türkiyə" yarışına qatılan Aynişan Quliyeva onun ayağının altını qazamağa çalışanlara ismarış göndərib. 

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bunları yazıb:

"Bir nəfər mənə yazıb ki, "Bax gör tərəfini saxladığın adam insanların fikrini necə sənə qarşı yönəldir". Belə halları çox görmüşəm. Bu ilk yarış deyil ki, orada iştirak edirəm. Alışmışam. Əzizim, bu bir yarışdır. Sənin də orada olmağın mənə düşmən kimi baxmağın demək deyil. Bu dedi-qodunu bir kənara atıb, yaşına uyğun işlər gör. Sən ən yaxşısı get duellərə hazırlaş. Məndən nə sənə, nə də başqasına düşmən olmaz. Allah qəlbi onunla döyünən bəndələrə yardımçı olsun".

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın qızı olan Aynişan yarışa Murad Bozun komandasında davam edəcək.

Milli.Az


Tags:  Aynişan Yaşına uyğun işlər


RƏYLƏR


Top news