Minsk qrupunun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Berndə keçirdikləri görüşlə bağlı yekun bəyanat yayıblar.
APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, həmsədrlərin vasitəçiliyi ilə keçirilən görüşdə dövlət başçıları öz mövqelərini bildiriblər: “Prezidentlər təmas xəttində mövcud gərginliyi müzakirə ediblər, itkilər, mülki şəxslərin ölümü , atışmaların intesivləşməsi ilə bağlı narahatlıqlarını bildiriliblər”.
Bəyanatda bildirilir ki, prezidentlər həmsədrlərin cəbhə xəttində gərginliyin azaldılması ilə təkliflərini dəstəkləyiblər.