"Çelsi"nin yeni baş məşqçisinin adı açıqlandı

"Çelsi"ni bundan sonra Qus Hiddink çalışdıracaq.

Metbuat.az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis mövsümün sonuna kimi "Çelsi"yə rəhbərlik edəcək. Hiddink mətbuat konfransında bunları deyib:

"Stemford Bric"ə qayıtmağıma görə şadam. "Çelsi" dünyanın ən böyük klublarından biridir.

Amma hazırda komanda olmalı olduğu yerdən uzaqdı. Əminəm ki, mövsümün sonuna kimi gedişatı dəyişə biləcəyik.

Səbirsizliklə oyunçular və əməkdaşlarla işləməyi gözləyirəm. Azarkeşlərlə gözəl münasibətləri yeniləmək vaxtıdı".

Hollandiyalı 2009-cu ildə "Çelsi"ni çalışdırmışdı. Onun rəhbərliyi altında London klubu İngiltərə kubokunun qalibi olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR