Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Segah” və “Çahargah” muğamlarının emosional rəngarəngliyi” mövzusunda açıq dərs

“Segah” və “Çahargah” muğamlarının emosional rəngarəngliyi” mövzusunda açıq dərs

Date: 19 December 2015 18:43


Bakı, 19 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) üçüncü kurs tələbələri üçün ilk dəfə olaraq açıq dərs keçirilib. Açıq dərs BMA məktəb-studiyasının müəllimi, professor Adilə Yusifovanın rəhbərliyi ilə təşkil olunub.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, açıq dərsdə “Azərbaycan xalq musiqisinin əsasları” fənni ilə bağlı maraqlı məlumatlar verilib. Qeyd edilib ki, “Azərbaycan xalq musiqisinin əsasları” fənni 1925-ci ildə Xalq Maarifçilik Komitəsi tərəfindən Azərbaycan Dövlət Konservatoriyasnın tədris cədvəlinə daxil olunub. İlk gündən ömrünün sonunadək Üzeyir Hacıbəyli bu dərsi tədris edib, ondan sonra isə dahi bəstəkarın tələbələri bu işi davam etdiriblər.
Açıq dərsdə fənnlə bağlı ilk anlayış kimi Azərbaycan ladlarından söhbət açılıb və şagirdlərə, tələbələrə ladla bağlı nəzəri suallar verilib. Bildirilib ki, Azərbaycan ladları üzərində xalq mahnılarının, xalq rəqslərinin işlənməsi, nota salınması məhz Üzeyir bəy Hacıbəylinin təklifi ilə reallaşıb. Sonra rənglərdən söhbət açılıb. Ə.Bakıxanovun “Azərbaycan xalq rəngləri” məcmuəsindən “Segah” rəngi ifa olunub. Şagirdlərə, müəllim heyətinə bir sözlə desək, bütün auditoriyaya segah və çahargah ladı üzərində qurulan maraqlı test nümunələri təqdim olunub.





Tags:  Segah Çahargah muğamlarının emosional rəngarəngliyi mövzusunda açıq dərs


RƏYLƏR


Top news