Rusiyanın Asiya bazarına neft ixracı 23 faiz artıb

Rusiyanın Asiya bazarına neft ixracı 23 faiz artıb
19:18 19 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Dünyanın ən böyük xam neft istehsalçılarından olan Rusiyanın bu ilin 11 ayında Asiya ölkələrinə ixrac etdiyi neftin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, Rusiya yeni neft kəmərlərinin köməyi ilə Asiya bazarına ixrac etdiyi xam nefti gündəlik 1 milyon 300 min barrelə çatdırıb. Bununla da Rusiyanın dünyanın ən böyük neft bazarında 5 il əvvəl 4 faiz səviyyəsində olan neft payı 7 faizə çatıb. Həmçinin, Rusiya İranın əvəzinə bu bazarın ən böyük beş tədarükçüsü sırasına daxil olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_Asiya_bazarina_neft_ixraci_23_faiz_artib-912748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR