Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çelsi"nin baş məşqçisi rəsmən açıqlandı

"Çelsi"nin baş məşqçisi rəsmən açıqlandı

Date: 19 December 2015 19:42

Qus Hiddink "Çelsi"nin baş məşqçi təyin olunub. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Holland mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Hiddink bu vəzifədə Joze Mourinyonu əvəzləyib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: 

"Çelsi" dünyanın ən güclü klublarındandı. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm". 

Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar. 

Fanat.az

Tags:  Çelsinin baş məşqçisi rəsmən açıqlandı

RƏYLƏR


Top news