Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə nizamlana bilər"

"Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə nizamlana bilər"

Date: 19 December 2015 19:47

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə nizamlana bilər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu fikirlə şənbə günü Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşən İsveçrənin xarici işlər naziri Didye Burkxalter çıxış edib.
"Bu gün iki dövlətin rəhbəri ilə görüş zamanı federal müşavir Didye Burkxalter qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ardıcıl danışıqlar prosesində nizamlana bilər", - deyə İsveçrə XİN-in məlumatında bildirilir.
Məlumatda deyilir ki, "İsveçrə diplomatiyasının rəhbəri tərəfləri dialoqu möhkəmləndirməyə və hər hansı bir zorakılıq və ya təxribat aktlarından imtina etməyə çağırıb. Onun sözlərinə görə, İsveçrə görüşləri özündə qəbul etmək və ekspertlər verməklə dialoqun inkişafı üzrə səyləri dəstəkləməyə hazırdır. Burkxalter xatırladıb ki, Cənubi Qafqaz İsveçrə üçün əsas prioritetlərdən biridir, çünki o, dünya siyasətinə aiddir. Onun 2014-cü ildə ATƏT-də sədrliyi zamanı İsveçrə təşkilat çərçivəsində mövcud vasitəçilik formatının saxlanmasını müdafiə edib, həmçinin vətəndaş cəmiyyətləri ilə əlaqələrin inkişafı və etibarın möhkəmləndirilməsinə istiqamətlənən tədbirləri dəstəkləyib".
Milli.Az


Tags:  Qarabağ münaqişəsi danışıqlar yolu nizamlana bilər


RƏYLƏR


Top news