Şamaxının XVIII-XIX əsrlər ədəbi mühitinə həsr olunmuş “dəyirmi masa”

Şamaxının XVIII-XIX əsrlər ədəbi mühitinə həsr olunmuş “dəyirmi masa”
20:03 19 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Şamaxı, 19 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Xalq Yaradıcılığı Paytaxtları proqramına əsasən 2015-ci ildə “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunan Şamaxı şəhərində silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu silsilədən rayon mərkəzi kitabxanasında ziyalıların, fəal oxucuların, ədəbiyyatsevərlərin iştirakı ilə keçirilən “XVIII-XIX əsr Şamaxının ədəbi mühiti- ədəbi məclislər” mövzusundakı “dəyirmi masa” maraqla qarşılanıb.
“Dəyirmi masa”da “Beytüs-səfa” ədəbi məclisinə, muğam ustası ömür-Mahmud Ağaya, Şamaxının XVIII-XIX əsrlər ədəbi mühitinə dair çıxışlar dinlənilib. Çıxışlarda XVIII-XIX əsrlərdə Şamaxı ədəbi mühitinin formalaşmasında mühüm rolu olan görkəmli şəxsiyyətlər barəsində ətraflı danışılıb. Qeyd olunub ki, 1867-ci ildən S.Ə.Şirvaninin rəhbərlik etdiyi “Beytüs-səfa” ədəbi məclisi onun yaxın dostu Ələkbər bəyin təşəbbüsü ilə yaradılıb və 1892-ci ilədək fəaliyyət göstərib. Şamaxı ədəbi mühitin formalaşmasında S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət kimi görkəmli şairlərlə yanaşı, ədəbi ictimaiyyətə az məlum olan Bahar Şirvani, Bixud Şirvani, Ağa Məsi Şirvani, Nişat Şirvani, Mirzə Nəsrulla Bahar Şirvani, Məhəmməd Səfa, Mirzə Nəsrullah Didə, Molla Ağa Bixud, Ağəli Bəy Naseh barədə də məlumat verilib.
Sonda Avropa liseyinin şagirdləri tərəfindən XIX əsr Şamaxı şairlərinin şeirləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxinin_XVIII_XIX_esrler_edebi_muhitine_hesr_olunmus_deyirmi_masa-912755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR