Qadın fahişə nəzərində

Qadın fahişə nəzərində
20:12 19 Dekabr 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

"Ölümə kadar"a çəkilən aktrisa: "Mən erməni deyiləm ki" (02 Aprel 2017 12:17)

Milli.Az lent.az-a istinadən Aliyənin yazısını təqdim edir.

Bu yaxınlarda Dövlət Statistika Komitəsi filmdə lətifə kimi güldüyümüzü informasiya kimi elan etdi: Qiz qızıla dönüb, yox xəbəri oğlanların...

Publisistik dillə desək, ilbəil doğulan qızların sayı, oğlanların sayı ilə müqayisədə əhəmiyyətli şəkildə azalır. Xəbər tutan kimi əlbəttə düşündük və selektiv abortlar mövzusu gündəmə gəldi. Hərçənd, bu barədə çox danışılmışdı. Amma bu dəfə danışmaqdan başqa tədbir də görmək lazım gələcək. Seksizm (cinsi ayrı seçkilik) və gender problemlərinin güc dövlətlərinin guya "Ailə institutunu dağıtmaq üçün"  üçüncü dərəcəli ölkələrə sunduğu mövzular olub-olmadığını da düşünmək lazım gələcək. Güc dövlətləri buna nə etsin? Axı bir cəmiyyət özü-özünü xilas edə bilər. Əlbəttə, özünü yaxşı tanıyırsa və danmırsa...

Seksizm - konkret olaraq indi müzakirə olunan selektiv abortlar - daha konkreti, qız uşaqlarının lazımsız sayılıb abort edilməsi - sosial, əxlaqi yoxsa psixoloji problemdir? Qızıla dönə bilən qadın bu gün nə üçün dəyərsizdir? Ona ikinci dərəcəli münasibət haradandır?

Bu, sosial problemdir

Reallığa baxanda çox vaxt o, evə qazanc gətirə biləcək ailə üzvü deyil. Əlbəttə, təhsil də ala bilər. Müəyyən peşəyə də yiyələnə bilər. Amma bu peşələr məhduddur. Müəllim, həkim (daha cox xərc aparan təhsil) tibb bacısı və bir neçə başqa peşə. Və bu məhdud sayda olan peşələr əksərən qazanc gətirən işlər deyil. Hətta olsa belə sabah ailə quracağı adamın onun işləməsinə razılıq verəcəyi sual altındadır. Odur ki, ailə büdcəsindən qızların təhsilinə sərmayə qoymaq məntiqi yox, emosional hərəkət sayılır.

Ailədəki qız uşaqlarının təhsilinə son illərdə diqqət artsa da oğlanlarla müqayisədə elə də əhəmiyyət verilmir. Xüsusən bölgələrdə qız uşaqları təhsil alması və müəyyən peşəyə yiyələnməsi vacib sayılmır, bir çox hallarda peşə diplomuna cehizin üstünə qoyulan bonus kimi yanaşılır.

- Kişi hər işdə işləyə biləcək, qadınsa ağır fiziki işlər görə bilməz. İş yeri onun üçün kişidən də artıq problemdir. O, kiminsə himayəsinə möhtac bir məxluqdur.

Bu, psixoloji problemdir

"Kür qırağının meşələri" əsərində yazıçı Əkrəm Əylisli qəhrəmanı Qədirin dilindən maraqlı bir psixoloji məqamı açır. Arvadı Səltənəti qız doğarsan... deyib hədələyən Qədir rus qadınla evlənib qız atası olandan, başı daşdan-daşa dəyib doğma vətənə - isti çayların qırağına qayıdandan sonra belə etiraf edir: "Mən düşünəndə ki, qızım olacaq və gedib kiminsə arvadı olacaq, kiminsə həyətini süpürəcək, dəli olurdum..."

Bu nə deməkdir, qadına verilən patoloji yüksək qiymətdir, yoxsa öz arvadına göstərdiyi aşağılayıcı münasibətin proyeksiyasını görmək qorxusu?

Soyad: Oğlan doğulanda sevinən ataların daha bir arqumenti "nəslin davamçısı" olaraq oğlanların seçilməsidir. Qızlar evlənəndə soyadlarını dəyişib, ərlərinin soyadlarını götürürlər, uşaqlarsa avtomatik atanın soyadını götürür. Bu formal görünsə belə, qız uşaqlarının nəsildən sayılmaması kimi düşüncə yaradır.

Anaların qız uşaqlarını istəməməsinin də öz səbəbləri var: Onların qadına əksərən əzici münasibət göstərən  kişimərkəzçi cəmiyyətdə doğulacaq qız uşaqlarına bu başdan  yazığı gəlir. Bu da qadınlara xas "Qədir sindromu"dur. Xüsusən məişət zorakılığından əziyyət çəkən qadınların tez-tez kriminal xəbərlərdə qurban kimi adı hallanırsa.

Bu, Əxlaq problemidir

Abortun, daha doğrusu selektiv abortun cəmiyyətdə qeyri-insani, əxlaqsız hərəkət sayılmaması da selektiv aborta rəvac verən faktorlardandır. Şüuraltı olaraq selektiv abort edən qadında "Hamının etdiyi işdə heç bir qəbahət ola bilməz" düşüncəsi kök atır. Bu düşüncəyə isə heç bir arqument, hətta dini arqument belə davam gətirmir.

Məsələn, qonşuluqda dini ibadətlə məşğul olan bir qadın qız uşağını abort etmişdi. Onun öz hərəkətinə münasibəti olduqca paradoksal idi: "Bəyəm allah görmür ki, biz nə zülm çəkirik? Indi biri oğlan olacaq deyə, 3-4 qız dünyaya gətirəsi deyiləm ki?"... 

Bu, Tanrı ilə xüsusi münasibətləri olan adamdan çox, cəmiyyətin normaları ilə ayaqlaşan qadının arqumentinə oxşayır.

Bu, ailə dəyərlərindəki problemdir

Üçüncü dünya ölkələrində "ailə institutunu dağıtmaq" planından duyuq düşmüş kimi danışan xeyli mətnlər, adamlar xatırladım. Bəli, Azərbaycan ailəsi fərqlidir. Bəli, ailənin başçısı kişidir. Bəli, qadının da, kişinin də öz yeri var. Amma belə görünür ki, bu ailədə problemlər var. Xüsusən uşaq məsələsində ailədə qadın da, kişi də, yəni ər də, arvad da eyni dərəcədə söz sahibi, qərar sahibi deyil. Biz bu kimi hansısa məsələ haqda danışanda artıq ailədən deyil, qadından və kişidən danışırıq. Onların qayğıları bir olsa da arzuları, həyatları başqadır.

Bu günlərdə TV-lərdən birində selektiv abortların qarşısının alınması mövzusunda müzakirədə maariflənmədən danışıldı. Amma kontraseptiv vasitələr sahəsində maariflənmədən. Deyəsən axı,  bir az gülməlidir. Maarifçilikdən başlanırsa, qadınların hansısa kontraseptiv məhsullar haqda məlumatlandırılmasından yox,  seksizm və ailə dəyərləri məsələsində cəmiyyətin maariflənməsindən söhbət getməlidir. Ailənin maariflənməsindən söhbət getməlidir. Kişidən və qadından asılı olmayaraq. Bəlkə də ailədə kişi və qadını bir-biri ilə tanış etməkdən, onların bir-birini tanımasına kömək etməkdən başlamaq lazımdır ki, onlar bir-birinin yalnız bədənini deyil, ruhunu, arzularını, düşüncəsini tanısın. Tanısın və qiymətləndirsin...

P.S. Tanımaq demişkən, illər öncə rus yazıçısı Buninin "Kənd" povestinin qəhrəmanı Tixon İlyiçin dilindən belə bir epizod oxumuşdum. Tixon İlyiç aclıq dövründə fahişələrlə görüşməklərini xatırlayır: "O fahişələr elə ac idi ki, onlara  pul əvəzinə verdiyimiz çörəkləri elə altımızdaca yeyirdilər" -  deyir... 

Bu günlərdə tibb jurnallardan birində yazılmış hamiləlikdən qorunmaq üsullarından biri diqqətimi çəkdi: cinsi əlaqə zamanı nə isə çeynəyib yemək hamiləliyin qarşısını alırmış. Beləliklə, həzm sistemi işləyir və orqanizm çoxalma və mayalanma funksiyalarını bir növ "unudur". Bu məlumatı oxuyan kimi "Kənd" povestində  Tixon İlyiçin fahişələrini xatırladım. Bəlkə onlar da çörəyi acından yemirmiş?

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22

Suriyanın bir neçə şəhəri terrorçular tərəfindən atəşə tutulub: ölən və yaralananlar var

27 Aprel 2017 00:07

Günün qoroskopu: qəm yeməyin, kimsə gələr, kimsə də gedər

27 Aprel 2017 00:05

"Barselona"dan 7 qol!

26 Aprel 2017 23:57

"Qalatasaray"ın futbolçusu qəza törətdi

26 Aprel 2017 23:57

Futbolda növbəti YENİLİK:

26 Aprel 2017 23:56

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

26 Aprel 2017 23:47

Bu evə 120 milyon dollar verdilər - FOTO

26 Aprel 2017 23:47

Bu da oldu - 700 illik mağaradan lüks ev - FOTO

26 Aprel 2017 23:42

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

26 Aprel 2017 23:42

Liviya Avropa İttifaqından yardım istəyir

26 Aprel 2017 23:38

"Konteyə dedim ki..."

26 Aprel 2017 23:37

Hər gün tərxun yeyin! - 7 SƏBƏB

26 Aprel 2017 23:32

Şöhrətləri ilə bərabər gözəllikləri də artan ulduzlar - FOTO

26 Aprel 2017 23:32

Tailandda qasırğa xəbərdarlığı verilib

26 Aprel 2017 23:27

Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:27

"Barselona" "Osasuna"nı darmadağın etdi -

26 Aprel 2017 23:25

Ərini elə qucaqladı ki... - FOTO

26 Aprel 2017 23:22

"Xavi mənim düşmənimdir"

26 Aprel 2017 23:22

Makronun sevgi macərası - FOTOLAR

26 Aprel 2017 23:18

İki uşağının atası ilə 8 il sonra ailə qurdu - FOTO

26 Aprel 2017 23:17

DÇ-2018-də bu yenilikdən istifadə ediləcək

26 Aprel 2017 23:14

Mariya Şarapova cəzadan sonra ilk oyunundan qalib ayrılıb

26 Aprel 2017 23:12

FİFA prezidenti: "DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq"

26 Aprel 2017 23:12

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 23:05

Nəfəsalma sisteminizin yaşını təyin edin - TEST

26 Aprel 2017 23:05

Ledi Qaqanı bir də belə görün - FOTO

26 Aprel 2017 23:05

Lənkəranda qəza:1 ölü, 2 yaralı

26 Aprel 2017 22:59

"Təsəvvür etməzsiniz, PSG "Barselona"dan 6-cı qolu buraxanda necə qışqırmışdım"

26 Aprel 2017 22:58

Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi

26 Aprel 2017 22:58

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas məşqi keçirilib - FOTOREPORTAJ

26 Aprel 2017 22:57

Təcrübəli mütəxəssis Hollandiya millisində işləməkdən imtina edib

26 Aprel 2017 22:57

Qaraciyəri XƏRÇƏNGDƏN qoruya biləcək 4 QİDA

26 Aprel 2017 22:57

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

26 Aprel 2017 22:52

Pakistan sərhədində silahlı hücum:

26 Aprel 2017 22:50

Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya

26 Aprel 2017 22:47

Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

26 Aprel 2017 22:42

Fanatlarına görə bunu da edəcək - FOTO

26 Aprel 2017 22:42

Astarada ölümlə nəticələnən qəza - FOTO

26 Aprel 2017 22:38