Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya bombaladı, mülki vətəndaşlar həlak oldu (FOTO)

Rusiya bombaladı, mülki vətəndaşlar həlak oldu (FOTO)

Date: 19 December 2015 20:16

Suriyanın Hələb şəhərinin Azez rayonu Rusiyaya məxsus hərbi təyyarələrdən bomba atəşinə tutulub.

ANS PRESS-in məlumatına görə, ötən gecə saat 23:00 ilə 01:00 radələrində Suriyanın Azez rayonunun Hareten ilə Azaden kəndlərinin bombardımanı nəticəsində 9 nəfər həyatını itirib, 24 nəfər isə ağır yaralanıb.

Azez rayonunda elektrik olmadığından suriyalı yaralıları müalicə etməkdə çətinliklər yaranıb. Bundan sonra 8 yaralı Türkiyə-Suriya sərhəddinə gətirilərək, Kilis dövlət xəstəxanasına aparılıb. Kilisə gətirilən yaralılardan vəziyyəti daha ağır olanlar ətraf rayonlara göndərilib.







Bir müddət əvvəl 29 noyabrda Rusiya təyyarələrinin Azez rayonunu bombalaması nəticəsində 15 nəfər ölmüşdü, 70 nəfər isə ağır yaralanmışdı.

Digər bir hadisə isə Rusiyanın Hələbə yardım daşıyan yük maşınlarını bombardıman etməsi nəticəsində baş verib. Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib, 20 nəfər isə ağır bədən xəsarəti alıb. Bombardman nəticəsində 10 yük maşını yanaraq kül olub.





Tags:  Rusiya bombaladı mülki vətəndaşlar həlak oldu FOTO


RƏYLƏR


Top news